SOCAR ilin əvvəlindən 14 quyunu mədənçilərə təhvil verib

SOCAR ilin əvvəlindən 14 quyunu mədənçilərə təhvil verib
# 03 may 2016 12:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5 631 metr qazma işi həyata keçirilib.

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 32 040 metr qazma işi görülüb. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.

Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR