Nazir: "Ötən ilin yekununda yaranan xəzinə qalığı bu il istifadə olunacaq"

Nazir: "Ötən ilin yekununda yaranan xəzinə qalığı bu il istifadə olunacaq"
# 28 yanvar 2016 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "2015-ci ilin yekunlarına görə, 1,4 mlrd. manat xəzinə qalığı yaranıb".

"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb: “Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq".

S. Şərifov əlavə edib ki, 2015-ci ilin gəlirlər hissəsi 88,2% xərclər üzrə 84,3% səviyyəsində icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR