“Azercell”in “Mobil Göz Klinikası” 500 nəfəri müayinə edib

“Azercell”in “Mobil Göz Klinikası” 500 nəfəri müayinə edib
# 26 noyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell” Telekom-un unikal sosial layihələrindən biri olan “Mobil Göz Klinikası” bu ilin əvvəlindən indiyə qədər valideyn himayəsindən məhrum olan 500 uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, klinikada bu il ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Son 3 ay ərzində isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən Bakıda yerləşən "Duyğu" sosial reabilitasiyası ictimai birliyində və Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmoloji müayinələr keçirilib. Səfər zamanı 100 nəfərdən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR