Dilçilik İnstitutu dərmanların içlik vərəqəsinin monitorinqini aparacaq

Dilçilik İnstitutu dərmanların içlik vərəqəsinin monitorinqini aparacaq
# 12 yanvar 2016 12:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu bu il dərman vasitələrinin içlik vərəqəsinin monitorinqini aparacaq.

Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva məlumat verib. O bildirib ki, 2014-cü ildə dərman vasitələrinin içlik vərəqəsinin monitorinqi aparılıb: “Lakin o vaxt tam qənaətbəxş nəticə əldə edə bilmədik. Ona görə də bu il ayrı bir istiqamət kimi dərman vasitələrinin içlik vərəqəsinin monitorinqi aparılacaq. 2014-cü ildə təxminən 500-600 dərman vasitəsinin içlik vərəqəsinin monitorinqini aparmışdıq”.

N. Qazıyeva qeyd edib ki, məsələ ilə əlaqədar yaxın vaxtlarda Səhiyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR