Peruda prezident seçkiləri başa çatıb

Peruda prezident seçkiləri başa çatıb
# 10 aprel 2016 23:54 (UTC +04:00)

Bakı-APA. Peruda prezident və parlament seçkiləri başa çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, səsvermənin ilkin nəticələri yerli vaxtla saat 21:00-da açıqlanacaq.

Ekzit-polların nəticələrinə əsasən, prezident seçkilərinin ilk turunda Keyko Fuhimori 37,8% səslə liderdir. Qeyd edək ki, sağ mərkəzçi “Xalqın gücü” partiyasının namizədi olan Keyko Fuhimori Perunun sabiq prezidenti Alberto Fuhimorinin qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR