Bakıda tövlə yanıb, 14 baş heyvan tələf olub

Bakıda tövlə yanıb, 14 baş heyvan tələf olub
# 06 fevral 2016 06:50 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 14 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın saat 03:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR