Kürdəmirdə ikimərtəbəli ev yanıb

Kürdəmirdə ikimərtəbəli ev yanıb
# 19 mart 2016 01:53 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR