Tramp daha 2 ştatda qalib gəlib

Tramp daha 2 ştatda qalib gəlib
# 09 mart 2016 07:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-da prezidentliyə namizədləri müəyyən etmək üçün Respublikaçı və Demokrat partiyaları daxilində ilkin seçki yarışı davam edir.

APA-nın “CBS News”a istinadən verdiyi məlumata görə, martın 8-də respublikaçıların Missisipi ştatında keçirdiyi ilkin seçkilərdə Donald Tramp qalib gəlib. D. Tramp 47%, onun əsas rəqibi Ted Kruz isə 36 faiz səs alıb.

Missisipidə demokratların yarışında böyük səs faizi ilə Hillari Klinton qalib gəlib. O səslərin 83 faizini, yeganə rəqibi Berni Sanders isə 16 faizini toplayıb.

Miçiqan ştatında respublikaçıların mübarizəsində yenə Tramp qalib gəlib. O, 36%, T. Kruz isə 25% səs alıb. Eyni ştatda demokratların səsverməsində Berni Sanders 50% səs toplayaraq 1-ci, Hillari Klinton isə 48% səslə 2-ci olub.

Respublikaçılar Aydaho ştatında da ilkin seçki keçirib. Bu ştatda 44% səs yığan Ted Kurz qalib gəlib. Donlad Tramp isə 28% səs alıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Demokratlar və Respublikaçılar öz namzədlərini iyul ayında rəsmən elan edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR