"ASAN xidmət" martın 7-dən Cəlilabadda xidmət göstərəcək

"ASAN xidmət" martın 7-dən Cəlilabadda xidmət göstərəcək
# 16 fevral 2016 09:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. "ASAN xidmət" Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin inzibati binasında Cəlilabad sakinlərinə mart ayının 7-dən xidmət göstərəcək. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, xidmət ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi istiqamətində aparılacaq.


Məlumatda qeyd olunub ki, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi üçün vətəndaşın şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı və 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə) tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR