Rus Dram Teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq

Rus Dram Teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq
# 08 yanvar 2016 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Əsas rolları əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR