Macarıstanın Azərbaycandakı səfirliyi viza üçün onlayn müraciət formasını istifadəyə verib

Macarıstanın Azərbaycandakı səfirliyi viza üçün onlayn müraciət formasını istifadəyə verib
# 18 yanvar 2016 14:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərin təqdim edilməsi üçün İFR sistemi – ərizənin bron vaxtının onlayn verilməsi sistemi tətbiq olunacaq.

Macarıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sistem yanvarın 25-dən tətbiq ediləcək.

Bildirilir ki, həmin vaxtdan etibarən, nömrələrin verilməsi sistemi başa çatır və viza sənədlərin təqdim olunması üçün Konsulluq şöbəsi ərizəçilərin rezervasiyasını yalnız IFR System vasitəsilə qəbul edir.

IFR System saytında ərizəçilərin viza "C" üçün (Şenqen vizasının 90 gündən çox olmayaraq etibarlıq müddəti) və ya viza “D” üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var.

IFR System aşağıdakı web ünvanda yerləşir: ifr.mfa.gov.hu.

IFR System-i mobil telefonda istifadə etmək üçün, onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək lazımdır. Windows Mobile sistemindən istifadə edənlər, web browsera aşağıdakı ünvanı daxil etməlidilər: ifr.mfa.gov.hu/ifrmobile.

IFR System-in tətbiqi ilə eyni zamanda Macarıstan səfirliyinin Konsulluq şöbəsi qəbul günləri bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günlri saat 9.30-13.00-dək, cümə günü saat 9.30-12.00-dək, hazır vizaların verilməsi günləri bazar ertəsi, çərşənbə axşamı, və çərşənbə saat 16.00, cümə isə saat 15.00-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR