”Akkord Nəqliyyat” nizamnamə kapitalını 69%-ə yaxın azaldır

”Akkord Nəqliyyat” nizamnamə kapitalını 69%-ə yaxın azaldır
# 16 dekabr 2015 07:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. ”Akkord Nəqliyyat” MMC nizamnamə kapitalını 68,5% azaldıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ”Akkord Nəqliyyat” 28 658 265 manat məbləğində olan nizamnamə kapitalı 19 642 937 manat azaldılaraq 9 015 328,03 məbləğində müəyyən edildiyini elan edir.

Qeyd edək ki, ”Akkord Nəqliyyat” MMC “Akkord” sənaye-tikinti investisiya korporasiyasının tərkibinə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR