Yahoo istifadəçilərini izlədiyi barədə ittihamları rədd edib

Yahoo istifadəçilərini izlədiyi barədə ittihamları rədd edib
# 05 oktyabr 2016 20:26 (UTC +04:00)

Bakı-APA. ABŞ internet şirkəti Yahoo gizli proqram vasitəsilə istifadəçilərin yazışmalarına nəzarət etdiyinə dair KİV-də yayılan məlumatları yanlış adlandırıb.

APA-nın “Blumberq”-ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

“Yayılan məlumatlar yanlışdır. Elektron poçtlardakı yazıları izləmək üçün proqram sistemlərimizdə mövcud deyil. Biz hökumətin müəyyən sorğularını cavablandırırıq, eyni zamanda istifadəçilər barədə məlumatların açıqlanmaması üçün çalışırıq”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Yahoo-nun 2015-ci ildə yaradılan gizli proqram vasitəsilə ilə istifadəçilərinin yazışmalarına nəzarət etdiyinə dair məlumatlar yayılıb. Qeyd olunub ki, bunu şirkət ABŞ xüsusi xidmət orqanlarının tapşırığı ilə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR