BP İranda ofis açır

BP İranda ofis açır
# 06 may 2016 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BP bu ilin yayında İranda nümayəndəlik açmaq niyyətindədir.

"APA-Economics" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Milli Neft Şirkətinin rəhbəri Rokneddin Cavadi bildirib.

BP məsələyə münasibət bildirməkdən boyun qaçırıb.

Jurnal yazır ki, bu vaxta qədər BP-nin baş icraçı direktoru Bob Dadli İrana investisiya yatırmağa ehtiyatla yanaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR