ABŞ Leyla və Arif Yunusların ölkədən çıxmasına icazə verməsini alqışlayır

ABŞ Leyla və Arif Yunusların ölkədən çıxmasına icazə verməsini alqışlayır
# 20 aprel 2016 07:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ Azərbaycan hakimiyyətinin hüquq müdafiəçiləri Leyla və Arif Yunusların ölkədən çıxmasına icazə verməsi ilə bağlı qərarını alqışlayır.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

“ABŞ Azərbaycan hakimiyyətinin Leyla və Arif Yunusların təcili müalicə üçün xaricə çıxmasına icazə verməsi ilə bağlı qərarını alqışlayır. Bu, daha bir müsbət addımdır”, - deyə C. Kirbi qeyd edib.

Onun sözlərinə görə, söz azadlığı və siyasi hüquqların gücləndirilməsi həm Azərbaycanın özü, həm də ABŞ-la ikitərəfli münasibətlərinin inkişafı baxımından faydalı olacaq: "Biz Azərbaycan hakimiyyətini əsas hüquq və azadlıqlarından istifadə etdiyi üçün həbsdə saxlanılan bütün şəxslərin hər hansı ilkin şərt olmadan azadlığa buraxılmasına çağırırıq”.

Qeyd edək ki, Ali Məhkəmənin çıxardığı qərar əsasında Leyla və Arif Yunuslar dünən Hollandiyaya müalicəyə yollanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR