Ucar. Zahid Abışov - APA. Ucar rayonunda bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə səhərin Oğuz küçəsində baş verib. Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədov Eldəniz Əli oğlu yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.