“Azneft” Qala bələdiyyəsini məhkəməyə verib

“Azneft” Qala bələdiyyəsini məhkəməyə verib
# 30 mart 2016 12:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin (İB) Xəzər rayonun Qala bələdiyyəsinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmə prosesində tərəflər dinlənilib. Növbəti məhkəmə prosesi aprelin 26-na təyin edilib.

Qeyd edək ki, “Azneft” İB bələdiyyə tərəfindən Əli Novruzov adlı şəxsin adına verilmiş qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb. Bundan sonra İB apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR