Şirvan sakinindən 7 kq narkotik götürülüb

Şirvan sakinindən 7 kq narkotik götürülüb
# 05 aprel 2016 09:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Caniyevdən 3 kiloqram 630 qram tiryək və 3 kiloqram 980 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR