Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə test imtahanı başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə test imtahanı başa çatıb
# 19 may 2016 10:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Komissiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, 9 fevral, 11 və 18 mart 2016-cı il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 76 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 386 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün Komissiyada 2426-sı qadın namizəd olmaqla 7332 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 76,54%-ni gənclər təşkil edir. Namizədlərdən 2729 nəfəri (37,22%) test imtahanında iştirak etməyib.

Nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır: Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.

Qeyd olunub ki, müsabiqələrin bu günə kimi keçirilən müsahibə mərhələsində 73 nəfər inzibati dövlət qulluğu vəzifələrinə uyğun bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR