Sidneydə naməlum şəxs ticarət mərkəzində insanlara hücum edib

Sidneydə naməlum şəxs ticarət mərkəzində insanlara hücum edib
# 09 iyun 2016 05:22 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın Sidney şəhəri yaxınlığında naməlum şəxs ticarət mərkəzində insanlara hücum edərək 3 nəfərə bıçaq xəsarəti yetirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Westfield” ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə gələn polis atəş açaraq cinayətkarı zərərsizləşdirib. Hazırda onun xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir.

“Sky News” telekanalı insident nəticəsində 4 nəfərin xəsarət aldığı barədə məlumat yayıb. Cinayətkarın hərəkətinin motivi hələ ki, bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR