Qax rayonunda ilan sancan 57 yaşlı kişi ölüb - YENİLƏNİB

Qax rayonunda ilan sancan 57 yaşlı kişi ölüb - <span style="color: red;">YENİLƏNİB
# 11 may 2016 10:38 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda ilan sancan 57 yaşlı kişi ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qıpçaq kənd sakini, 1959-cu il təvəllüdlü Qəhrəman Qurban oğlu Qasımov bu gün Respublika Toksikologiya Mərkəzində ölüb. Mərhum bu gün səhər saatlarında yaşadığı Qıpçaq kəndinə gətirilərək dəfn edilib.

***

08:44

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda qoyun otaran 57 yaşlı kişini ilan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 10-u günorta saatlarında rayonun Qıpçaq kənd sakini, 1959-cu il təvəllüdlü Qəhrəman Qurban oğlu Qasımov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Qıpçaq kənd inzibati ərazisində qoyun otararkən ilan onun sol ayağın baldırından sancıb. Xəstəxananın reanimasiya şöbəsində Qurban Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR