Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçiriləcək
# 22 sentyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, işgüzar görüş sentyabrın 28-də Bakıda keçiriləcək Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclası zamanı Serbiya şirkətlərinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

İşgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək. İşgüzar görüşdə sənaye, maşınqayırma, İKT, neft-qaz, kənd təsərrüfatı və logistika sahələrində fəaliyyət göstərən 8 Serbiya şirkətinin iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak etmək istəyən Azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR