Taekvondo üzrə Azərbaycan yığması tarixi rekord müəyyənləşdirib

Taekvondo üzrə Azərbaycan yığması tarixi rekord müəyyənləşdirib
# 18 yanvar 2016 07:23 (UTC +04:00)

Bakı – APA. Taekvondo üzrə Azərbaycan yığması tarixi rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, ölkəmiz ilk dəfə Yay Olimpiya Oyunlarında maksimum sayda – 4 idmançı ilə iştirak edəcək.

Belə ki, yığmamız bu hüquqa Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində imza atıb. Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (+80 kq) İstanbulda bu uğuru finala yüksəlməklə əldə edib. Ardınca isə hər üç idmançımız həlledici qarşılaşmada da qalib gəlib.

Bunadak daha bir idmançımız - Radik İsayev (+80 kq) lisenziyanı təmin etdiyindən Rioya yollanacaq taekvondoçularımızın sayı dördə çatıb. Dünya və Avropa çempionumuz buna reytinq xalına əsasən nail olmuşdu.

Dördüncü dəfə Olimpiadada çıxış edəcək taekvondoçularımız əvvəlki 3 cəhddə ümumilikdə 5 dəfə medallar uğrunda mübarizə aparmışdı. Afina-2004 və London-2012-də 2 idmançımız tatami üzərinə çıxmışdısa, 2008-də 1 həmyerlimiz Olimpi fəth etməyə çalışmışdı.

Bu il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında isə birdən-birə 3 rekord müəyyənləşəcək. Birincisi, ilk dəfə olaraq, 4 taekvondoçumuz qalib adı uğrunda yarışacaq. İkinci rekord isə qadın yığmamıza aiddi. İndiyədək xanımlarımız heç vaxt 2 lisenziya qazanmamışdı. Ümumiyyətlə, zərif cinsin nümayəndələri yalnız 1 dəfə Olimpiadaya yollanmışdı ki, buna da 4 il öncə Fəridə Əzizova imza atmışdı. Elə üçüncü rekordun müəllifi də onun özüdü ki, 67 kq çəki dərəcəsindəki təmsilçimiz ikinci dəfə planetin ən mötəbər turnirinə yollanacaq. O bununla da hazırda Azərbaycan Taekvondo Federasiyasında vitse-prezident işləyən Rəşad Əhmədova çatıb.

Taekvondoçularımızın növbəti rekordu isə 7 aydan sonra gerçəkləşdirə bilər. Əvvəlki yarışlarda ən yaxşı nəticəsi 4-cü yer olan idmançılarımız istənilən əyarlı medal qazanmaqla, ilki reallaşdıracaqlar.

İl

Şəhər

İdmançı

Çəki

Nəticə

2004

Afina

Niyaməddin Paşayev

68 kq

1/8 final

2004

Afina

Rəşad Əhmədov

80 kq

4-cü yer

2008

Pekin

Rəşad Əhmədov

80 kq

5-ci yer

2012

London

Ramin Əzizov

80 kq

1/4 final

2012

London

Fəridə Əzizova

67 kq

1/8 final

2016

Rio-de-Janeyro

Patimat Abakarova

49 kq

2016

Rio-de-Janeyro

Fəridə Əzizova

67 kq

2016

Rio-de-Janeyro

Milad Beigi Harçeqani

80 kq

2016

Rio-de-Janeyro

Radik İsayev

+80 kq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR