Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2015 10:27 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Ədliyyə naziri Fikrət Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib.


Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti qurumlarının məsul işçilərinə müvafiq tapşırıqlar verilib.


Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR