Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb
# 07 oktyabr 2016 15:08 (UTC +04:00)

Bakı-APA. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Fonddan APA-ya bildirilib ki, G. Əfəndiyeva rəhbəri olduğu qurumun prezident İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə təsis edildiyini deyib, Fondun fəaliyyətə başlaması ilə bağlı məlumatı nazirin diqqətinə çatdırıb, gələcək layihə və planlardan danışıb.

M. Çavuşoğlu Fondun bütövlükdə Türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətindən bəhs edib, Türkiyənin üzv ölkə olaraq Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR