"İpək Yolu Sığorta" rübü mənfəətlə başa vurub

"İpək Yolu Sığorta" rübü mənfəətlə başa vurub
# 20 oktyabr 2017 15:36 (UTC +04:00)

Bu ilin III rübündə "İpək Yolu Sığorta" ASC-nin aktivləri 43,726 mln. manat olub. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, sığorta şirkətinin cəmi aktivləri bu ilin əvvəli ilə müqayisədə hesabat dövründə 9,45% artıb.


Hesabat dövründə şirkətin cəmi uzunmüddətli aktivləri 323,520 min manat, cəmi qısamüddətli aktivləri 43 mln. 401,996 min manat təşkil edib.

İlin əvvəli ilə müqayisədə hesabat dövründə şirkətin cəmi öhdəlikləri 9,04% artaraq 16 mln. 964,063 min manat olub. Bu ilin oktyabrın 1-nə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 16 mln. 876,363 min manat, cəmi qısamüddətli öhdəlikləri isə 87,699 min manat təşkil edib.

Şirkətin nizamnamə kapitalı dəyişməyərək 14,770 mln. manat, cəmi kapitalı isə 9,7% artaraq 26 mln. 761 min 454 manat təşkil edib.

Bu ilin III rübündə "İpək Yolu Sığorta" ASC-nin cəmi gəlirləri 19 mln. 368 min 570,40 manat, cəmi xərcləri 16 mln. 998 min 640 manat olub.

Şirkət 9 ayı 2 mln. 369 min 930,25 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR