Çili sahillərində 7,7 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib - YENİLƏNİB

Çili sahillərində 7,7 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi elan edilib - <span style="color: red;">YENİLƏNİB
# 25 dekabr 2016 16:15 (UTC +04:00)

Bu gün Çili sahillərində növbəti zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti 7,7 maqnitudalı zəlzələnin ocağının Kelon şəhərindən 73 km qərbdə, 15 km dərinlikdə yerləşdiyini açıqlayıb.

Sunami təhlükəsi elan edilib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl Çilinin Boliviya ilə sərhədində. İkike şəhərindən 147 km şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib.

***

saat 18.45

Çilinin şimalında, Boliviya ilə sərhədin yaxınlığında 5,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı İkike şəhərindən 147 km şərqdə, 114 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR