Mingəçevirdə mənzildə 70 yaşlı qadının cəsədi tapılıb

Mingəçevirdə mənzildə 70 yaşlı qadının cəsədi tapılıb
# 10 dekabr 2017 15:54 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Məmmədova Xeyransa Əliş qızının cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR