Ağdamda ev yanıb

Ağdamda ev yanıb
# 12 fevral 2018 17:14 (UTC +04:00)

Ağdamda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və bir otağının yanar konstruksiyaları 28 m2 sahədə yanıb.

Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR