“Dinamo” azərbaycanlı futbolçu ilə bağlı CAS-a müraciət edəcək

“Dinamo” azərbaycanlı futbolçu ilə bağlı CAS-a müraciət edəcək
# 06 fevral 2020 14:01 (UTC +04:00)

Rusiyanın “Dinamo” (Moskva) klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə bağlı məsələ ilə bağlı CAS-a şikayət ünvanlamaq qərarına gəlib.

Rusiya Futbol İttifaqı (RFİ) ötən ilin ikinci yarısını “Dinamo”da keçirilən hücumçunun müraciəti ilə əlaqədar klubu cəzalandırıb. Moskva təmsilçisi müqaviləni əsassız pozduğu üçün R.Şeydayevə kompensasiya ödəməlidir. Bu məbləğ verilənə qədər “Dinamo”ya yeni futbolçularını qeydiyyatdan keçirmək qadağası da qoyulub.

RFİ-nin Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmayan “Dinamo” bunun nə ilə əsaslandırıldığına rəsmi cavab gözləyir. Ardınca isə CAS-a müraciət göndəriləcək.

Qeyd edək ki, 2019-cu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçən R.Şeydayevlə müqaviləyə ötən ay xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR