Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alan var
# 27 noyabr 2016 09:50 (UTC +04:00)

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yolun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “VAZ2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Nəcməddin Sanıyev bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR