Qənirə Paşayeva ermənilərin atəşkəsi pozması nəticəsində yandırılan Tovuz sakininin evində olub

Qənirə Paşayeva ermənilərin atəşkəsi pozması nəticəsində yandırılan Tovuz sakininin evində olub
# 11 sentyabr 2015 15:57 (UTC +04:00)

Bakı - APA. Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində vətəndaş Mayıl Ağacanova məxsus yandırılan evi ziyarət edib.

APA-nın məlumatına görə, M. Ağacanov millət vəkilinə evin hədəfə alınmasından 15-20 dəqiqə öncə ailə üzvlərini evdən çıxardığını söyləyib.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə layiqli cavablar verdiyini və insanlarımızı qoruduğunu deyən M. Ağacanov düşmənin hər zaman insanlıqdan kənar əməllərlə məhz dinc sakinləri hədəfə almasına beynəlxalq təşkilatların sərt etiraz etməməsini qınadıqlarını bildirib.

Q. Paşayeva Azərbaycan Respublikasında Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbəri Əli Məmmədovla danışdığını və bir neçə gün ərzində bu ailəyə yeni evin tikintisi üçün lazım olan bütün materiallar veriləcəyini bildirib. Onun sözlərinə görə, yəni evin tikintisi üçün lazım olan üçün materiallar dövlət tərəfindən təmin olunacaq, evin tikintisinə dəstək veriləcək: “Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülki vətəndaşlarımıza qarşı hər cinayətinə görə düşündüyünüzdən də ağır cavablar alır və alacaq. Ön cəbhədə yaşayan sizin kimi mərd, qorxmaz insanların varlığı düşmənə ən böyük zərbədir. Beynəlxalq təşkilatların, BMT, ATƏT, Avropa Parlamenti və Avropa Şurasının bu məsələlərə ikili standartlardan yanaşmalarına, işğalçı Ermənistanın cinayətlərinə göz yummalarına, heç bir təzyiq göstərməmələrinə qarşı etirazlarını hər zaman beynəlxalq platformalarda Azərbaycan rəsmiləri və millət vəkilləri səsləndirir. Ancaq çox təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistana deyil, əllərinə düşən hər fürsətdə yalan, yanlış məlumatlarla Azərbaycana təzyiq göstərmək istəyirlər. Xalqımızın artıq bunun fərqindədir. Azərbaycan artıq düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR