Gecə klubunda qətldə təqsirləndirilən şəxsə hökm oxunub

Gecə klubunda qətldə təqsirləndirilən şəxsə hökm oxunub
# 21 sentyabr 2017 10:04 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini bıçaqlayaraq, qətlə yetirməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda prokuror çıxışında V.İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə Nizami rayonu, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

V. İbrahimov Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR