Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəkili məhkəmədən vaxt istəyib

Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəkili məhkəmədən vaxt istəyib
# 19 mart 2018 13:13 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses martın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.

1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR