Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 11 oktyabr 2016 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-22° isti,. Bakıda gecə 15-17° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 12-13- də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR