Pakistanda kömür şaxtasının uçması nəticəsində 18 nəfər ölüb

Pakistanda kömür şaxtasının uçması nəticəsində 18 nəfər ölüb
# 06 may 2018 01:17 (UTC +04:00)

Pakistanın Belucistan əyalətində iki kömür şaxtasının uçması nəticəsində 18 nəfər ölüb.

APA-nın “Express Tribune” nəşrinə istinadən verdiyi xəbərə görə, insidentlər Marvaarx və Spin Karez rayonlarında baş verib. Məlumata görə, qəza qazın partlaması səbəbindən baş verib.

Torpağın altında hələ də insanların qaldığı bildirilir, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR