SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 07 avqust 2017 15:12 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirib. Fonddan “APA-Economics”ə verilən xəbərə görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

  • əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR