APA-nın qərb bürosunun verdiyi məlumat görə, Gəncə sakini, 1981-ci il təvəllüdlü Elnarə Əliyeva Göygöl rayonu Yeni Qızılca kəndində olan evin həyətində gəzərkən ilan onun ayağından sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.