Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən siyasətçi həbs edilib

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən siyasətçi həbs edilib
# 10 oktyabr 2017 05:12 (UTC +04:00)

Qırğızıstanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən “Mekençil” partiyasının üzvü Melis Aspekov həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin yaydığı açıqlamada bildirilir.

O, bundan əvvəl saxlanılan “Qırğızıstan” partiyasının lideri, ölkə parlamentinin üzvü Kanatbek İsayevlə əlaqədə olmaqda şübhəli bilinir. K.İsayev prezidenliyə namizədlərdən biri Omurbek Babanovun seçkilərdə məğlub olduğu təqdirdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham olunur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Qırğızıstanın hazırkı prezidenti Almazbek Atambayevin səlahiyyət müddəti dekabrın 1-də bitir. Oktyabrın 15-də ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə 11 namizəd iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR