Himayəsində 3 yaşlı uşaq olan qadın məhkum ictimai işlər cəzasından azad olunacaq

Himayəsində 3 yaşlı uşaq olan qadın məhkum ictimai işlər cəzasından azad olunacaq
# 19 oktyabr 2017 09:54 (UTC +04:00)

Azərbaycanda himayəsində azyaşlı olan qadın məhkumlarla bağlı tətbiq olunan cəzaya dəyişiklik olunacaq. APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunur.

Layihəyə görə, himayəsində 3 yaşınadək uşaq olan qadınlara ictimai işlər cəzası tətbiq edilməyəcək.

Hazırda isə yaş həddi 8 -dir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR