Yol qəzası törədən həkim haqqında cinayət işi açılıb

Yol qəzası törədən həkim haqqında cinayət işi açılıb
# 12 aprel 2018 15:28 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən həkim haqqında cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, bir il əvvəl Bakıda baş verən və bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxs qismində Aidə Əliyeva cəlb olunub. Onun cinayət işi artıq Binəqədi Rayon Məhkəməsində araşdırılır.

Qeyd edək ki, ötən il aprelin 8-də Binəqədi rayonu, Azadlıq prospektində Neftçala rayon sakini Şirxan Paşayevin idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan "Zontes" markalı motosikletlə Bakı şəhər sakini Aidə Əliyevanın idarə etdiyi "Seat İbiza" markalı avtomobili toqquşub. Bundan sonra motosiklet əks istiqamətdə hərəkət edən Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub və nəticədə Ş.Paşayev hadisə yerində ölüb.

Qeyd edək ki, Tuncay Tağıyev polis kapitanı, A. Əliyevə isə həkim-terapevtdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR