Fransa və Almaniya ABŞ-ın yeni rüsumlarını qanunsuz adlandırıblar

Fransa və Almaniya ABŞ-ın yeni rüsumlarını qanunsuz adlandırıblar
# 01 iyun 2018 05:41 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsinə dair qərarını qanunsuz adlandırıb.

APA-nın “BFMTV”-yə istinadən verdiyi xəbərə görə, Makron rüsumları qeyri-qanuni, onların tətbiqini isə yanlışlıq adlandırıb.

Almaniya XİN-i bu mövqeni dəstəkləyib: “Bizim nöqteyi-nəzərdən amerikalıların bu birtərəfli addımı qanunsuzdur”.

Almaniya XİN rəhbəri Hayko Maas bəyanatına əsasən, Aİ ABŞ-ın addımlarına cavab tədbirləri görməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR