“L’Equipe”: Neymar “PSJ”-yə keçmək üçün tibbi müayinədən keçib

“L’Equipe”: Neymar “PSJ”-yə keçmək üçün tibbi müayinədən keçib
# 03 avqust 2017 02:31 (UTC +04:00)

“Barselona” və Braziliya millisinin hücumçusu Neymar Fransanın “PSJ” klubuna keçmək üçün tibbi müayinədən keçib.

APA-nın məlumatına görə, bu barədə “L’Equipe” qəzeti xəbər verib.

Tibbi müayinə Portuqaliyada, “PSJ” klubunun həkimi Erik Rolen və klubun idman koordinatoru, yaxın keçmişdə məşhur oyunçusu Maksvelin iştirakı ilə baş tutub.

Məlumata əsasən, Neymarın Paris klubuna transferi həftənin sonunadək rəsmiləşəcək. "PSJ" futbolçuya görə "Barselona"ya 222 milyon avro ödəməli olacaq. Fransa klubu ilə razılaşdırılan müqavilənin şərtlərinə görə, braziliyalı futbolçu ildə təxminən 30 milyon avro məvacib alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR