İnşaat işləri üçün büdcədə nəzərdə tutulmuş vəsaitin 28%-dən istifadə edilib

İnşaat işləri üçün büdcədə nəzərdə tutulmuş vəsaitin 28%-dən istifadə edilib
# 31 iyul 2017 13:59 (UTC +04:00)

Məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsi, habelə mövcud tikinti və obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2 mlrd. 731,3 mln. manat dəyərində vəsait nəzərdə tutulub.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin altı ayında həmin vəsaitin 771,5 mln. manatından və ya 28,2%-dən istifadə edilib. İnşası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7%-ini təşkil edərək 645,6 mln. manat olub. İstifadə edilmiş vəsaitin 83,5%-i İqtisadiyyat, Müdafiə Sənayesi, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, "Azəravtoyol", "Azərişıq", "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı", "Azərbaycan Dəmir Yolları", "Bakı Metropoliteni" səhmdar cəmiyyətlərinin, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin, Prezidentin Xüsusi Tibb Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR