Deputatlığa namizədlik üçün 259 nəfər müraciət edib

Deputatlığa namizədlik üçün 259 nəfər müraciət edib
# 08 sentyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “İndiyədək 13 siyasi partiyanın və 1 siyasi blokun səlahiyyətli nümayəndələri qeydə alınıb”.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiya sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, seçki bülletenlərinin və yaddaş kitabçalarının çapına başlanacaq. O qeyd edib ki, artıq 104 seçki dairəsi üzrə 259 nəfər deputatlığa namizədlik üçün müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR