Qubad İbadoğlu: “Ədliyyə Nazirliyinə müraciət ADR strukturlarında heç vaxt müzakirə olunmayıb”

Qubad İbadoğlu: “Ədliyyə Nazirliyinə müraciət ADR strukturlarında heç vaxt müzakirə olunmayıb”
# 20 avqust 2015 16:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının bir qrup üzvünün partiyanın qurultayının nəticələrinin ləğv olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciəti barədə məlumatı mətbuatdan almışam. Bu məsələyə dair Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının strukturlarında heç zaman müzakirə aparılmayıb. Bu müraciət ADR Hərəkatına üzv olan müsavatçıların fərdi qərarıdır və onların öz iradəsinin məhsuludur”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Ədliyyə Nazirliyinə göndərilən müraciət partiya üzvlərini Müsavatdan xaric edən strukturların verdiyi qərarların legitim olamamasının, partiyaya rəhbərik edən şəxslərin isə səlahiyyət həddini aşmasının isbatı xarakteri daşıyır: “Şəxsən mən də partiya rəhbərliyinin qərarlarından razı qalmamışam və problemin həlli üçün partiyadaxili prosedurlar vasitəsilə çalışmışam, amma təəssüf ki, partiyada hazırkı strukturların Nizamnamə çərçivəsində hərəkət etməməsi nəticəsində buna nail ola bilməmişəm. Lakin buna baxmayaraq, belə problemlərin başqa müstəvidə həllini məqbul hesab etmirəm”.

Xatırladaq ki, Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında müraciətə görə ADR rəhbərliyini ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR