DİN İran vətəndaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB

DİN İran vətəndaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2017 10:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyi İran vətəndaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində əcnəbi vətəndaş olan Həsən Heydərinin idarə etdiyi “Oka” və naməlum sürücünün idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə Həsən Heydəri hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülən tədbirlərlə “”London Taxi” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Vaqif Qurbanov saxlanılıb, onun yüngül dərəcəli sərxoş olması müəyyən edilib.

Sabunçu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

10:40

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. İran vətəndaşı Heydəri Həsən Valeh oğlunun idarə etdiyi Oka” markalı avtomobil “London” taksisi ilə toqquşub. Nəticədə “Oka”nın sürtücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR