Romada turist mikroavtobusu körpüyə çırpılıb, 18 nəfər xəsarət alıb

Romada turist mikroavtobusu körpüyə çırpılıb, 18 nəfər xəsarət alıb
# 13 avqust 2017 23:19 (UTC +04:00)

İtaliyanın paytaxtı Romada turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mikroavtobusun körpüyə çırpılması nəticəsində 18 nəfər xəsarət alıb.

İçərisində Böyük Britaniya və Fransa vətəndaşlarının olduğu nəqliyyat vasitəsində 20 nəfər olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza nəticəsində xəsarət almaya sürücü saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR