Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-si saat 15:00-da AMEA RSXM-in baş direktoru, AMEA müxbir üzvü, geologiya- mineralogiya elmlər doktoru Qurban Yetirmişli AMEA RSXM-in Monitorinq Mərkəzində (Elmlər Akademiyası şəhərciyində) mətbuat konfransı keçirəcək.
Mətbuat konfransı 4 sentyabrda Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə həsr olunacaq.
Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.