Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alan var
# 17 yanvar 2018 17:11 (UTC +04:00)

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489” qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR